Velosipedçimiz reklam çarxında

Velosipedçimiz reklam çarxında


Velosiped idmanının şose növü üzrə Azərbaycanın Elit yığmasının və "Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Ukraynanın Lvov şəhərinin tanıtım reklamında yer alıb. O, reklam çarxında "Synergy Baku” komandasının formasında çəkilib.
Qeyd edək ki, Maksim Averin Azərbaycan velospied məktəbinin yetirməsi, 1954-cü ildə Bakıda anadan olan, 1978-ci ildə dünya veloturunun qalibi adını qazanmış Aleksandr Averinin oğludur. Ata Averin idmançı karyerasını başa vurduqdan sonra Ukraynanın Lvov şəhərinə köçərək orada yaşamağa başlayıb və Maksim də dünyaya bu şəhərdə göz açıb.
Ötən ildən etibarən öz tarixi vətəninin yığmasında və klub komandasında çıxış etməyə başlayan Maksim Averin "Synergy Baku”nun heyətində uğurlu çıxışı ilə Lvovun tanınmış simalarından birinə çevrilib və təsadüfi deyil ki, şəhərin tanıtım reklamına dəvət alıb.