Hövsan Olimpiya İdman Kompleksində qoçyu-ryu okinava karate-do, kobudo növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən birinciliyin yekunlarına əsasən Ruslan Süleymanov (20 kq), İlyas Nəcəfov (25 kq), Murad İsmayılov (30 kq), Elbəy Omarov (35 kq), Ələsgər Aslanov (40 kq) 9-12 yaşlar üzrə çıxış edən rəqibləri arasıda birinci olublar.
13-15 yaşlı idmançılar arasında isə Qoşqar Salamov (30 kq), Əli Miriyev (35 kq), Fərhad Abbasov (40 kq), Adil Məlikov (45 kq), Qismət Cəbizadə (50 kq), Zaur Səmədov (55 kq), Vüqar Məmmədzadə (60 kq), Ənvər Əliyev (65 kq), Polad Mustafayev (70 kq), Fariz Qəhrəmanov (75 kq), Alim Qurbanov (75 kq-dan yuxarı) fərqləniblər.
Qızlar arasında birinci yeri Aytən Səmədova (30 kq), Xədicə Feyruzova (40 kq) və Gülnar Həzili (60 kq) tutublar.
Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
....kyokuşinkaykan kontakt karate üzrə Bakı şəhər
açıq çempionatı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kyokuşinkaykan kontakt karate üzrə Bakı şəhər açıq çempionatı keçirilib.Müxtəlif yaş kateqoriyaları üzrə keçirilən yarışda ilk üç yeri tutan oğlan və qızlar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.