Bakı “Formula-1”-də Monako və Sinqapuru qabaqlaya bilər

Bakı “Formula-1”-də Monako və Sinqapuru qabaqlaya bilər


"Formula-1” üzrə gələn il Bakıda təşkil ediləcək Avropa Qran-pri yarışının keçiriləcəyi marşrutun layihəsi bir neçə ay əvvəl təqdim olunandan daha cəlbedicidir.
Bu sözləri yarışlarla bağlı "www.motorsport.com” və "www.gpupdate.net” saytlarında yer alan məqalələrdə marşrut layihəsinin dizayneri Hermann Tilke deyib.
O qeyd edib ki, İçərişəhərə doğru nisbətən yuxarı qalxan, sonra XII əsrə aid qala divarlarının yanı ilə uzanan yol olduqca heyrətamizdir. Yarışların keçirilməsi üçün şəhərin mövcud yolları əsasında müvəqqəti marşrut yaradılacaq. Bu yolların bir hissəsi yarışlara qədər təmir ediləcək. Avtomobillərin daha sürətli hərəkətinə imkan verəcək marşrut dünyanın digər şəhərləri, xüsusən də Monako və Sinqapurdakından fərqli və daha mükəmməl olacaq.