Görülən işlər AOK-un üzvləri tərəfindən yüksək qiymətləndirilib

Görülən işlər AOK-un üzvləri tərəfindən yüksək qiymətləndirilib


Avropa Olimpiya Komitəsinin (AOK) nümayəndələri Mingəçevirdəki avarçəkmə obyektinə etdikləri səfər zamanı orada yaradılan şərait barədə müsbət fikirlər söyləyiblər.
AOK-un Oyunlar üzrə baş məsləhətçisi Guido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihan ərazini gəziblər. Onlar mövcud obyektdə gedən yenidənqurma işləri barədə son məlumatlardan xəbərdar ediliblər.
Qonaqlar bildiriblər ki, Mingəçevirdəki idman obyektlərində görülən işlər bizi heyran etdi. Sözügedən obyektlər şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını ödəyəcək və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq. Oyunları həyata keçirməsi üçün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektlərin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcəkdir.
Mingəçevir şəhərindəki üçgünlük yarışlar iyunun 14-16-da keçiriləcək. Avropa Oyunlarında 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqlarında avarçəkmə yarışlarında 350-dən çox idmançı mübarizə aparacaqdır.