Birinci Avropa Oyunları ərəfəsində Bakı Olimpiya Stadionunda test yarışları təşkil olunmayacaq

Birinci Avropa Oyunları ərəfəsində Bakı Olimpiya Stadionunda test yarışları təşkil olunmayacaq


Bakı-2015 birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlərin 95 faizi artıq yerinə yetirilib.
Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, 68 min tamaşaçı tutumu olan stadionda oturacaqlar artıq quraşdırılıb. Həmçinin arenada otaqlar və "sky-box”lar hazır vəziyyətdədir. Stadionun ətrafında abadlaşdırma və müvəqqəti qurğuların tikintisi həyata keçirilir.
Azad Rəhimov qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar digər idman obyektlərində test yarışlarının təşkili nəzərdə tutulub. Ancaq Bakı Olimpiya Stadionunda heç bir test yarışı keçirilməyəcək. Burada Bakı-2015-in açılış və bağlanış mərasimləri üçün məşqlər təşkil olunacaq ki, bu da sınaq xarakteri daşıya bilər.