Şotokanların mübarizəsi sona çatıb

Şotokanların mübarizəsi sona çatıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində şotokan karate do üzrə paytaxt açıq kuboku yarışları keçirilib.
16-17 yaş qrupları arasında komanda kumite yarışlarında Samuray Nəsibov, Nicat Rəhimov, Emil Ağayev, Nurlan Mehdiyev, 18 yaşından yuxarı idmançıların mübarizəsində Elton Məmmədov, Dadaşəli Rəcəbov, Orxan Şabanov və Orxan Sadıqov birinci yerə yüksəliblər.
16-17 yaşlı idmançıların komanda kata yarışlarında Elbrus Cəfərov, Qüdrət Sadıqov, Rövşən Aşıqov, Əli Həsənov, 18 yaşından yuxarı karateçilərin mübarizəsində isə Ramil Məhərrəmov, Rusif İsmayılov, Elvin Qədirov və Azər Şəmiyev qızıl medal qazanıblar.