“Daily Record”: Avropa Oyunları möhtəşəm olacaq

“Daily Record”: Avropa Oyunları möhtəşəm olacaq


Şotlandiyanın "Daily Record” qəzeti Bakıda keçiriləcək Avropa Oyunları haqqında yazıb.
Məqalədə "Glasgow-2014” oyunlarının təşkilat komitəsində çalışmış, hazırda isə Bakı-2015 Avropa Oyunlarının beynəlxalq yayım xidmətinin meneceri xanım Hizer Neilin paytaxtımızda keçiriləcək möhtəşəm idman tədbiri haqqında fikirlərinə yer verilib. O qeyd edib ki, oyunlar möhtəşəm olacaq və Bakıda yaşayan hər bir kəsdə bu oyunların həyəcanını duymaq mümkündür. Paytaxtımız haqqında təəssüratlarını bölüşən menecer Bakı sakinlərinin qonaqpərvər, şəhərin isə çox gözəl olduğunu diqqətə çatdırıb.
Yazıda həmçinin Avropa Oyunları haqqında məlumat verilib. Oyunlarda təmsil olunacaq idman növləri, iştirakçı ölkələr və digər təşkilati məsələlərdən bəhs edilib.
Məqalənin sonunda "Glasgow-2014”-ün baş icraçı direktoru David Qrevemberqin sözlərinə istinadən Bakı-2015 birinci Avropa Oyunlarının dünyanın növbəti möhtəşəm idman tədbiri olacağı diqqətə çatdırılıb.