Bakı-2015 ilk Avropa Oyunlarının daha bir ulduz elçisi seçilib

Bakı-2015 ilk Avropa Oyunlarının daha bir ulduz elçisi seçilib


Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsi tanınmış televiziya aparıcısı Azər Qəribi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ulduz elçisi seçib.
Bakı-2015-dən olimpnews.az-a daxil olan məlumata görə, hazırda Bakı-2015-in musiqi, televiziya və incəsənət nümayəndələrindən ibarət 14 ulduz elçisi var.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov əmin olduğunu bildirib ki, ulduz elçilərimiz əhali arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək. Azərbaycanı Bakı-2015-də ulduz elçi kimi təmsil etməkdən qürur duyduğunu vurğulayan Azər Qərib idman azarkeşlərini bu yay Bakıya gəlməyə həvəsləndirməyin Oyunlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Ulduz elçi proqramı Bakı-2015-in Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Proqram iştirakçıları Bakı-2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərinə qoşulmaq, kampaniyaları dəstəkləmək və sosial şəbəkələrdən istifadə etməklə pərəstişkarları arasında Oyunların təbliğ olunmasını təmin edəcəklər.