2 Fevral - Gənclər Günü münasibətilə veloyürüş keçiriləcək

2 Fevral - Gənclər Günü münasibətilə veloyürüş keçiriləcək



"İrəli” İctimai Birliyinin, Bakı-2015 ilk Avropa Oyunlarının, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) və Dövlət Bayrağı Meydanının təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə "Gənclik veloyürüşü” keçiriləcək.
Veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.
Velosiped idmanının Bakı-2015 ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq idmanın bu növünün gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Dövlət Bayraq Meydanından start götürəcək "Gənclik veloyürüşü” Azadlıq Meydanında başa çatacaq.
Veloyürüşə qatılmaq istəyən şəxslər aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər