Avropa budoçuları Kişinyova toplaşacaqlar

Avropa budoçuları Kişinyova toplaşacaqlar

Aprelin 5-9-də Moldovanın Kişinyov şəhərində budo döyüş növləri üzrə Avropa çempionatı keçiriləcək.
Fri-kontakt, full-kontakt və semi-kontakt versiyaları üzrə keçiriləcək yarışda Azərbaycanı 20 idmançı təmsil edəcək.
Milli komandamız Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında mübarizə aparacaq.