Bakı-2015 Əməliyyat Komitəsində 43 ölkənin nümayəndəsi çalışır

Bakı-2015 Əməliyyat Komitəsində 43 ölkənin nümayəndəsi çalışır


Hazırda Bakı-2015 birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində (BAOƏK) 1356 nəfər çalışır.
Bu sözləri Bakı-2015 birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
O bildirib ki, həmin işçilərdən 68 faizini azərbaycanlılar təşkil edir. BAOƏK-də 43 ölkənin nümayəndəsi çalışır. Onların 230-u London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində çalışmış peşəkarlardır.