"Formula-1” yarışlarının təqviminə daxil edilən Yaxın Şərq ölkələrinin siyahısına Qətər dövləti də əlavə oluna bilər.
Beynəlxalq Avtomobil Federasiyasının (FİA) vitse-prezidenti, Qətər Avtomobil Federasiyasının rəhbəri Naser Xəlifə əl-Attiya bildirib ki, "Formula-1” yarışları mərhələsinin bu ölkədə keçirilməsi barədə müqavilə tezliklə imzalanacaq.
Əl-Attiya deyib: "Biz Qran-Pri yarışlarının keçirilməsi barədə sazişi imzalamağa demək olar ki, hazırıq. Yalnız bəzi formal detalları tənzimləmək lazımdır”.
Onun sözlərinə görə, Qətərdə avtoyürüş 2016-cı ildə keçirilə bilər. Lakin Qran-Pri yarışlarının məhz hansı trasda keçiriləcəyi barədə hələlik məlumat yoxdur. İki variant mümkündür: Qran-Pri yarışlarının ya motosiklet idmanı üzrə yarışların keçirildiyi Lusaildə, ya da Qətərin paytaxtı Dohada məxsusi yaradılmış dairədə keçirilə bilər.