Azərbaycanın kişi və qadın voleybolçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

Azərbaycanın kişi və qadın voleybolçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında mübarizə aparacaq kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandalarının rəqibləri müəyyənləşib.
Rəqib komandalar Avropa Voleybol Konfederasiyasının reytinq cədvəlinə görə təyin edilib.
Qadınlardan ibarət milli komandamız "A” qrupunda mübarizə aparacaq. Voleybolçu qızlarımız İtaliya, Türkiyə, Polşa, Belarus və Rumıniya kollektivləri üz-üzə gələcəklər. "B” qrupunda isə Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları yer alıb.
Kişilərdən ibarət milli komandamız da "A” qrupunda yarışacaq. Komandamızın rəqibləri Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə voleybolçulardır. "B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya komandaları mübarizə aparacaqlar.