Balakəndə boks üzrə zona yarışları başa çatıb

Balakəndə boks üzrə zona yarışları başa çatıb

Balakən Olimpiya İdman Kompleksində idman məktəblərinin VI respublika oyunlarının proqramına daxil olan 1999-2000-ci illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə zona yarışları başa çatıb.
Dörd gün davam edən yarışlarda respublikanın 11 şəhər və rayonunu təmsil edən 16 komandanın tərkibində 170-dən artıq idmançı qüvvəsini sınayıb. 17 çəki dərəcəsi üzrə keçirilən yarışlarda ilk iki yeri tutan idmançılar respublika oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.