Bakı-2015-in beynəlxalq idman elçisi olmaq britaniyalı taekvondoçuya uğur gətirib

Bakı-2015-in beynəlxalq idman elçisi olmaq britaniyalı taekvondoçuya uğur gətirib


Yay Olimpiya oyunlarında Böyük Britaniyaya taekvondo üzrə qızıl medal qazandırmış ilk idmançı olan Ceyd Cons Bakı-2015-in beynəlxalq idman elçisi olduqdan sonra Antalyada təşkil edilən "G1” kateqoriyalı klublararası üçüncü Avropa çempionatında birinci yeri tutub.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançı finalda Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı xorvatiyalı Martina Zubcici məğlub edib. Bu, keçən ilin dekabrında Meksikada WTF dünya Qran-pri yarışlarında qalibiyyətindən sonra C.Consun növbəti qələbəsi olub.
Antalyadakı Avropa çempionatındakı zəfərdən sonra C.Cons bildirib: "Bəzən kiçik yarışlarda qələbə qazanmaq çətin olur. Mayda Rusiyada keçiriləcək taekvondo üzrə dünya çempionatından sonra beynəlxalq idman elçisi olduğum Avropa Oyunlarında iştirak edəcəyəm. Avropa Oyunlarının iştirakçısı olacağımı düşünmək böyük qürur hissi yaradır. Bu, həm mənim üçün böyük şərəfdir. Bu, həmçinin karyeramın yüksəldiyini göstərir”