Rumıniya Bakı-2015 ilk Avropa Oyunlarına 300 nəfərlik nümayəndə heyəti göndərməyi planlaşdırır. Onlardan 200-ü idmançı, 100-ü isə məşqçi və işçi heyətidir. Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti Alin Petraçe belə mötəbər yarışlara ölkəsinin tarixi ərzində ən böyük nümayəndə heyəti ilə qatılacağını bildirib. O, əsas məqsədin birinci Avropa Oyunlarında çoxlu sayda medal qazanmaq olduğunu qeyd edib.
Rumıniyanın gənclər və idman naziri, Olimpiya çempionu olmuş Qabriela Szabo isə Bakıda parlaq nəticələr qazanacaqlarına inandığını söyləyib.