Bakı-2015 Avropa Oyunları Kolin Gibsonu Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib. Kolin Gibsonun təyinatı ilk Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədardır və Bakı-2015-in kommunikasiya fəaliyyətlərinin intensivləşdirilməsindən irəli gəlir. Bakı-2015-in mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi, beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-in geniş marağına səbəb olub.
Oyunların biletlərinin satışının başlaması və açılış mərasimindən əvvəl keçiriləcək Bakı-2015 Avropa Oyunlarının məşəl estafeti də daxil olmaqla həyata keçirilməsi planlaşdırılan digər tədbirlərin də böyük maraq doğuracağı gözlənilir. Buyaxınlarda Media və kommunikasiya şöbəsinin direktoru vəzifəsini tutduğu İngiltərə və Uels Kriket Təşkilatından (EVB) ayrılan Kolin Gibson peşəkar karyerası ərzində Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən London Futbol Assosiasiyasında (FA) Kommunikasiya şöbəsinin direktoru vəzifəsində işləyib.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu təyinatla bağlı deyib: "Kolinin Bakı-2015 komandasına qoşulmağa razılıq verməsi məni çox sevindirdi. Onun kimi təcrübəli və qabiliyyətli bir insanın Avropa Oyunlarına hazırlaşan kommunikasiya komandamıza yardım etməsi öz bəhrəsini verəcək”.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komi
təsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Louis-Marie isə Avropa Oyunlarına marağın artdığını və Bakı-2015-in media kanallarını işə cəlb etməsinin qarşıdakı aylarda daha da intensiv xarakter alacağını söyləyib. "Kolinin tövfələri bu müddət üçün, xüsusilə də Avropa Oyunları zamanı böyük əhəmiyyət kəsb edəcək. Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidir. Kolin Gibson irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər əldə etmişdir”, - deyə o bildirib.
Qeyd edək ki, K.Gibson ECB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl jurnalist kimi fəaliyyət göstərib və Londonun "The Daily Telegraph”, "Sunday Telegraph” və "The Daily Mail”, o cümlədən Sidneyin "The Australian” qəzetləri üçün məqalələr yazıb.
Kolin Gibson yeni vəzifəyə təyin olunması ilə bağlı fikirlərini belə ifadə edib: "Mənə Bakı kimi dinamik bir şəhərdə keçiriləcək I Avropa Oyunları komandasında işləmək imkanı verildiyi üçün çox sevinirəm. Bu oyunlar Avropanın idman tarixində yeni bir səhifə açacaq”.