“The Guardian” qəzeti Avropa Oyunlarından yazıb

“The Guardian” qəzeti Avropa Oyunlarından yazıb



Britaniyanın The Guardian qəzeti Bakıda keçiriləcək ilk Avropa oyunlarından bəhs edib.
Məqalədə Bakı-2015-in baş əməliyyat direktoru Simon Kleqin sözlərinə istinadla qeyd edilir ki, Avropa oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə edilməsi bunun daha bir sübutudur. S.Kleq qeyd edib ki, ilk dəfə keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, ilk Avropa oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri olacaq.
Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikirlərinə yer verilib. O qeyd edib ki, Avropa Oyunları Olimpiya yarışlarının əsas təsnifat marşrutlarından biri olacaq.