Velosipedçimiz Rio-2016 Olimpiya Oyunlarına ilk lisenziya xalını qazanıb

Velosipedçimiz Rio-2016 Olimpiya Oyunlarına ilk lisenziya xalını qazanıb



Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola” Qran-pri yarışında Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb.
Yarışda 8 velosipedçi ilə təmsil olunan komandamızın üzvlərindən ən yüksək nəticəni Maksim Averin göstərib. Yığma komandamızın üzvü 160,3 kilometrlik marşrutu qalibdən 1 dəqiqə 14 saniyə sonra başa vurmaqla 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. M.Averin, həmçinin sprinterlərin mübarizəsində ikinci olub. Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, yay Olimpiya oyunlarından əvvəlki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla Olimpiadaya lisenziya xalları toplayırlar.