Martın 7-8-də Sankt-Peterburqda planetin ən güclü 8 komandasını, o cümlədən Azərbaycan yığmasını bir araya gətirəcək qadın güləşi üzrə dünya kuboku keçiriləcək. Yarışda 63 kiloqramlıq çəki kateqoriyasında mükafat uğrunda mübarizəni ukraynalı idmançı Yuliya Tkaç-Ostapçuk aparacaq. İdmançının əsas və böyük arzusu Bakı-2015 Birinci Avropa Oyunlarında layiqincə iştirak etməkdir.
Yuliya Tkaç-Ostapçuk həmkralarımıza verdiyi müsahibəsində bildirib ki, ona da Ukrayna yığmasının digər üzvləri kimi məşq şəraiti olduqca yaxşı, eləcə də idmanın yüksək səviyyədə maliyyələşdirildiyi Azərbaycana köçmək barədə təklif olub.
Bu barədə idmançı deyib: "Artıq neçə ildir ki, rəfiqəm Mariya Stadnik Azərbaycan tərəfində çıxış edir. Mənə bu təklif iki illik analıq məzuniyyətinə gedəndə olub... Həmin vaxt vətəndaşlığı dəyişməyə hazır deyildim. Mən öz ölkəmi çox sevirəm”.
İdmanın istənilən növündə olduğu kimi, təəssüf ki, güləşdə də ədalətsiz hakimlik və "çirkli” oyunla qarşılaşmaq olur. Belə hallar Yuliya Tkaç-Ostapçukdan da yan keçməyib. Peşəkarlıq sirlərini bölüşən idmançı deyib: "Güləşdə sən birinci hücum edərsənsə, deməli, sən də qalib gələcəksən! Yarışdan qabaq məşqçi ilə birgə rəqiblərimizin çıxışının videosunu gözdən keçiririk və taktikanı hazırlayırıq. Lakin xalça üzərinə çıxanda hansı üsulu tətbiq edəcəyinə özün qərar verirsən. "Çirkli” güləşlə də qarşılaşmışam: rəqiblər özlərinə yağ sürtüblər, bədənləri sürüşkən olub, onlardan möhkəm yapışmaq mümkün olmayıb. Olub ki, saçdan da bərk dartıblar. Ədalətsiz hakimliklə necə mübarizə aparmaq olar? Elə qalib gəlmək lazımdır ki, hakimlərdə heç bir şübhə qalmasın.
Yuliyanın sözlərinə görə, onun pərəstiş etdiyi idmançı - üç dəfə olimpiya və doqquz dəfə dünya çempionu olmuş Kaori İçodur. Bu barədə idmançı deyir: "Bu yapon idmançısı mənim çəki kateqoriyamda bütün titullara sahib olub. Son vaxtlar isə o, 58 kiloqrama düşüb. Yapon idmançıları heç vaxt səhv etmirlər və robot kimi məşq edirlər. Kaori həqiqətən də mənim kumirimdir. Ona görə yox ki, o, həmişə qalib gəlir. Sadəcə bizim eyni mübarizə üslubumuz var...