UNİCEF və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycanda gənclərin həyatını zənginləşdirmək üçün əməkdaşlıq edəcək.
UNİCEF və Bakı-2015 Avropa Oyunları arasında uşaqların idman gücünü artırmaq məqsədilə martın 16-da tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni gənclər və idman naziri, Bakı-2015-in baş icraçı direktoru Azad Rəhimov və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Marie-Pierre Poirier imzalayıblar.
Müqavilə gənclərə idmanın onların həyatına necə təhlükəsiz və hərtərəfli dəyər gətirdiyini əks etdirir, həmçinin oyunların sosial irsinin inkişafında onların rolunu gücləndirir.