Bakı-2015-də mübarizə aparacaq millimizin qrupu bəlli olub

Bakı-2015-də mübarizə aparacaq millimizin qrupu bəlli olub



Bakı-2015 ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə qitənin 8 ölkəsinin millisi mübarizə aparacaq. Bunlar Azərbaycan, Rusiya, İspaniya, Portuqaliya, İsveçrə, İtaliya, Ukrayna və Macarıstandır.
Bu barədə martın 16-da "Fairmont Baku” mehmanxanasında Bakı-2015 ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə iştirak edəcək millilərin təqdimat mərasimində məlumat verilib. Tədbirdə çıxış edən Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti Fərid Novruzi bildirib ki, idmanın bu növü üzrə milli komandamız hazırda Avropada 12-ci, dünyada isə 18-ci sırada qərarlaşıb.
Sonra "Bakı-2015”də çimərlik futbolu üzrə mübarizə aparacaq ölkələrin hansı qruplarda qərarlaşacağı məlum olub. Belə ki, "A” qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, "B” qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan mübarizə aparacaq.