Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti, millət vəkili Ülvi Quliyev 1-ci Avropa Oyunlarının favoritlərindən sayılan Azərbaycan karateçiləri ilə görüşərək onların təlim-məşq toplanışını izləyib. "İnter Arena”da yerləşən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman Hətəmov və idmançılarla birgə keçirilən görüşdə komandanın heyəti və hazırlıq prosesi barədə ətraflı söhbət aparılıb. Karateçilərimizin Avropa Oyunlarında yüksək nəticələr qazanmaq şanslarını yüksək dəyərləndirilib.