Tünzalə Ağayeva və Kelli Coys Avropa Oyunlarına həsr olunan mahnı ifa edəcəklər

Tünzalə Ağayeva və Kelli Coys Avropa Oyunlarına həsr olunan mahnı ifa edəcəklər

Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunan mahnı ifa edəcək.
Müğənni KİV-ə müsahibəsində bildirib: "İlk Avropa Oyunlarının ulduz elçisi olaraq mən də yarışlara öz töhfəmi bu mahnım ilə vermək istəyirəm. Bütün dünyanın diqqətini iyunda ölkəmizə yönəldəcək Avropa Oyunları üçün ifa edəcəyim mahnının ingilis versiyasını məşhur fransalı müğənni Kelli Coys təqdim edəcək”.
Qeyd edək ki, bu haqda məlumat Kelli Coysun rəsmi internet səhifəsində də yer alıb.