Türkiyəli karateçi Bakı-2015-də iştirak etmək üçün Avropa çempionatında yüksək yer tutmaq niyyətindədir

Türkiyəli karateçi Bakı-2015-də iştirak etmək üçün Avropa çempionatında yüksək yer tutmaq niyyətindədir


Karate üzrə Türkiyə komandasının üzvü Serap Özçelik 50 kiloqram çəki dərəcəsində dəfələrlə Avropa çempionu olub. Türkiyəli idmançı 2012-ci ildə karate üzrə dünya çempionatında da bürünc medal qazanıb.
27 yaşlı idmançının martın 19-dan 22-dək İstanbulda keçiriləcək karate üzrə Avropa çempionatında növbəti medalını qazanmaq imkanı var.
Türkiyəli karateçi deyib: "Karyeram ərzində bu günədək üç qızıl, bir gümüş və iki bürünc medal qazanmışam. Bu ardıcıllıq məni zəfər pilləsinə aparmalıdır. Yeddinci medalı qazanmaqla tarix yazmaq istəyirəm”.
Ö.Özçelik Bakı-2015 Avropa Oyunlarında iştirak etməyi arzulayır Bakı-2015-də kvota yerləri isə İstanbulda keçiriləcək Avropa çempionatında məlum olacaq. Hər çəki qrupunda ilk altılıq Azərbaycana kvota yerlərini qazandıracaq. Avropa çempionatı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.