Avropa Oyunlarına onlayn bilet satışına start verilib

Avropa Oyunlarına onlayn bilet satışına start verilib



Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış-bağlanış mərasimləri və yarışlara biletlərin onlayn satışına start verilib. Biletləri Avropa Oyunlarının rəsmi saytından (baku2015.com) əldə etmək mümkündür. Yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması vacibdir.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasiminə isə 10 manat təşkil edir.
Qeyd edək ki, köşklərdə biletlərin satışı apreldə başlayacaq.