Su polosu yarışlarının püşkü atılıb

Su polosu yarışlarının püşkü atılıb


Avropa Üzgüçülük Federasiyasının Lüksemburqdakı iqamətgahında Bakı-2015 Avropa Oyunlarında su polosu yarışlarının püşkü atılıb.
Püşkün nəticəsinə əsasən, kişilərdən ibarət 16 komanda 4, qadınlardan ibarət 12 komanda isə 2 qrupda mübarizə aparacaq.
Püşkatmaya görə, kişilərdən ibarət Azərbaycan millisi "B” qrupunda Macarıstan, Almaniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq. "A” qrupunda İtaliya, Rusiya, Fransa, Ukrayna, "C” qrupunda Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə, "D” qrupunda isə Serbiya, İspaniya, Slovakiya və Malta yığmaları üz-üzə gələcək.
Azərbaycan təmsilçiləri qadınların mübarizəsində iştirak etməyəcəklər. Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya millisi yarışın "A” qrupunda, İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa və Serbiya yığması isə "B” qrupunda birincilik uğrunda mübarizə aparacaq.
Reqlamentə əsasən qrupda ilk yeri tutacaq komandalar birbaşa mərhələyə adlayacaq. İkinci və üçüncü yeri tutacaq komandalar isə pley-off-da yarışacaqlar.