Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi "Nestle Azərbaycan” şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, dünyanın qabaqcıl şirkətlərindən olan "Nestle” Avropa Oyunları zamanı yarışların keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və şokoladları ilə təmin edəcək.
Bakı-2015-in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bildirib ki, "Nestle” ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq. Şirkət Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxil edilən bu möhtəşəm tədbirə dəstək göstərən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətləri sırasına daxil oldu.
Qeyd edək ki, "Nestle Azərbaycan” şirkəti, "Azersun Holding”, "Bazarstore”, "McDonald’s Azərbaycan”, "Milla”, "Motorola Solutions”, "NAZ”, "Sitecore” və "Tickethour” şirkətlərindən sonra ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmi dəstəkçidir.