Türkiyəli qadın boksçu Qamze Başar birinci Avropa Oyunları zamanı boks yarışlarında iştirak edəcək.
Q.Başar Bakı-2015 birinci Avropa Oyunlarında Türkiyəni 60 kiloqram çəki dərəcəsində təmsil edəcək.
Türkiyə Boks Federasiyası Q.Başarın Azərbaycanda yarışmasının onun Rio-2016 Olimpiya Oyunlarına kvalifikasiya üçün hazırlanmasına yaxşı imkan yaratdığını fikirləşir. "Avropa Oyunları Rio-2016 üçün yaxşı məşqdir. Bakıda əldə edəcəyimiz nəticələr bizə Rioya gedən yolda hansı mövqedə dayandığımızı göstərəcək” - deyə federasiyanın prezidenti Eyüp Gözgeç bildirib.
Birinci Avropa Oyunlarının bütövlükdə Türkiyə boks ictimaiyyəti üçün vacib hədəf olduğunu vurğulayan E.Gözgeç deyib: "İdmançılarımız, məşqçilərimiz və federasiyamız bunun üçün gecə-gündüz ciddi-cəhdlə çalışırlar”.