İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəl alovunun yandırılacağı tarix dəqiqləşib. Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında məşəlin aprelin 26-da alovlanacağını deyib.
Nazir bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər. Aprelin 26-da yandırılacaq məşəl iyunun 11-də yenidən paytaxta qaytarılacaq.
Qeyd edək ki, məşəlin ölkənin 51 şəhərindən keçirilməsi nəzərdə tutulub.