Bakı-2015 üçün akkreditasiya prosesi sabah başa çatır

Bakı-2015 üçün akkreditasiya prosesi sabah başa çatır



Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi jurnalistlər, fotoqraflar və yayım hüququ olmayan təşkilatlar üçün akkreditasiyanın aprelin 3-də başa çatacağını elan edib.
Bakı-2015 Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri elan olunan tarixdən öncə müraciət etməlidirlər və gecikmiş müraciətlər qəbul olunmayacaq.
Yerlər məhdud olduğu üçün media nümayəndələrinin yeni inşa edilən Media Kəndində qalmaq üçün yer rezervasiya etmələri (səhər yeməyi daxil olmaqla bir nəfər üçün bir gecəlik 50 avro və iki nəfər üçün 65 avroya otaq) tövsiyə olunur. Media kəndi Atletlər kəndinin yaxınlığındadır və bütün obyektlərə gedən nəqliyyat vasitələri buradan hərəkət edəcək. Burada, həmçinin hər cür iş və yemək imkanları təmin ediləcək.