“Rossiya 24” kanalının “Yeni Bakı” xüsusi reportajı Avropa Oyunlarına həsr edilib

“Rossiya 24” kanalının “Yeni Bakı” xüsusi reportajı Avropa Oyunlarına həsr edilib

Aprelin 12-də "Rossiya 24” telekanalında Bakıda keçiriləcək Avropa Oyunlarına həsr edilmiş xüsusi reportaj təqdim olunub.
Aleksandr Abramovun "Yeni Bakı” adlanan reportajında bu ilin iyun ayında keçiriləcək ilk Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox atletin iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, Oyunlarda 300-dən çox idmançı ilə təmsil olunacaq Rusiya Bakıya ən böyük nümayəndə heyəti göndərəcək. Diqqətə çatdırılır ki, ilk qitə oyunları ərəfəsində Bakıda və Mingəçevirdə idman obyektləri yenidən qurulub, təzələri inşa edilib.