İtaliyanı Avropa Oyunlarında basketbol üzrə 3x3 yarışlarında təmsil edəcək idmançılar müəyyənləşib

İtaliyanı Avropa Oyunlarında basketbol üzrə 3x3 yarışlarında təmsil edəcək idmançılar müəyyənləşib

İtaliyanı Bakı-2015 ilk Avropa Oyunlarında kişilər arasında keçiriləcək basketbol üzrə 3x3 yarışlarında təmsil edəcək idmançıların adı məlum olub.
İtaliya Basketbol Federasiyasının məlumatına görə, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında bu ölkəni basketbol üzrə 3x3 yarışlarında İannilli Andrea, Neqri Klaudio, Verri Damiano və Zampolli Cionata təmsil edəcək.
Avropa Oyunlarında kişilər arasında basketbol üzrə 3x3 yarışlarında İtaliya ilə yanaşı, Azərbaycan, Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Türkiyə, Çexiya, İsveçrə və Andorra milliləri də mübarizə aparacaqlar.