Çimərlik futbolu üzrə İsveçrə millisi Avropa Oyunlarına hazırlığı davam etdirir

Çimərlik futbolu üzrə İsveçrə millisi Avropa Oyunlarına hazırlığı davam etdirir

Bakı-2015 ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlarda mübarizə aparacaq İsveçrə yığması yoldaşlıq görüşləri keçirib.
Avropa Oyunlarında Azərbaycan, Portuqaliya və Ukrayna ilə "A” qrupunda mübarizə aparacaq İsveçrə yığması İspaniyada təlim-məşq toplanışı çərçivəsində İngiltərə və Estoniya millilərinə qarşı oyun keçirib. İsveçrəlilər İngiltərə yığmasını 4:1, Estoniya komandasını isə 13:3 hesabı ilə məğlub ediblər.