Aprelin 23-də Bakı-2015 ilk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb. Bu barədə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov deyib.
Nazir müavini bildirib ki, markaların üzərində Bakı-2015-in brendi olan nar və ilk Avropa Oyunlarına proqramına daxil olan idman növləri təsvir edilib. Markaları respublikamızın poçt şöbələrindən əldə etmək mümkündür.