İlk Avropa Oyunlarında idman arenalarına və mehmanxanalara rahat getmək üçün xüsusi məntəqələr hazırlanacaq

İlk Avropa Oyunlarında idman arenalarına və mehmanxanalara rahat getmək üçün xüsusi məntəqələr hazırlanacaq


Bakı-2015 ilk Avropa Oyunlarının keçirildiyi günlərdə azarkeşlərin və qonaqların idman arenalarına və mehmanxanalara rahat getmələri üçün xüsusi məntəqələr yaradılacaq.
Bu sözləri Bakı-2015 Əməliyyat Komitəsinin nəqliyyat departamentinin rəhbəri Panos Protopsaltis deyib.
O bildirib ki, bu məntəqələr metronun "Gənclik”, "20 Yanvar”, "Koroğlu”, "Elmlər Akademiyası”, "28 May” və "Nizami” stansiyalarının yaxınlığında quraşdırılacaq. Azarkeşlər və qonaqlar həmin məntəqələrdə "Ekspres” avtobusların xidmətindən yararlanacaqlar. Yüksək səviyyəli xidmət göstərəcək avtobuslar yarış günlərində Bakı-2015 üçün nəzərdə tutulan marşrut üzrə hərəkət edəcək.