İsveçrəni birinci Avropa Oyunlarında təmsil edəcək idmançılardan 30-u müəyyənləşib

İsveçrəni birinci Avropa Oyunlarında təmsil edəcək idmançılardan 30-u müəyyənləşib

İsveçrə Olimpiya Komitəsi iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək idmançılardan 30-nun adını açıqlayıb.
Bakı-2015-də həmin idmançılardan 4-ü badminton, 3-ü boks, 4-ü kanoe, kayak və qılıncoynatma, 7-si cüdo, 7-si karate və güləş, 2-si taekvondo, digərləri isə tennis yarışlarında mübarizə aparacaq.
http://www.francsjeux.com saytında yer alan xəbərdə növbəti seçimin mayda keçiriləcəyi bildirilir. Yazıda diqqətə çatdırılır ki, İsveçrəni ilk Avropa Oyunlarında məşqçilər də daxil olmaqla 200 idmançı təmsil edəcək.
Xəbərdə qeyd olunur ki, 6 min atletin mübarizə aparacağı ilk Avropa Oyunları idmanın bəzi növləri üzrə Rio-2016 Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.