Şağan Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə start verilib. Yarışda Azərbaycan boksçuları ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Finlandiya və Ukrayna komandaları mübarizə aparır. Yarışda fərqlənən boksçular milli komandamızın heyətinə cəlb olunacaq və mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər. Yarışın ilkin qarşılaşmaları maraqlı idman mübarizəsi şəraitində keçib. Turnir aprelin 30-dək davam edəcək.