“Azərspace 1” ilk Avropa Oyunlarının yayımına cəlb olunan dörd süni peykdən biri seçilib

“Azərspace 1” ilk Avropa Oyunlarının yayımına cəlb olunan dörd süni peykdən biri seçilib


"Azərspace 1” telekommunikasiya peyki Avropa Oyunlarının bütün dünyaya yayımı üçün cəlb olunan dörd süni peykdən biri seçilib. Bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov artıq peykin test prosesindən keçirildiyini və istifadəyə tam hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Bakı-2015 Avropa Oyunları ilə əlaqədar ictimai yerlərdə - bir sıra parklarda, Olimpiya kəndində, oyunlar ətrafında olan sahələrdə "wi-fi” zonaları istifadəyə veriləcək. Onların çox hissəsi, əsasən, operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. İstifadəçilərə güzəşt olaraq "wi-fi” zonaları iki ay müddətində pulsuz fəaliyyət göstərəcək.