Rəfiqə Şabanova: Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır

Rəfiqə Şabanova: Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır


"Sevincimin həddi-hüdudu yoxdur. Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsi məni hədsiz qürurlandırır. Buna çox sevinirəm”.
Bu, sözləri Naxçıvanda Alov festivalında iştirak edən Avropa Oyunları tarixinə ilk məşəlçi kimi düşən, "Monreal-1976” XXI Yay Olimpiya Oyunlarının çempionu, həndbolçu Rəfiqə Şabanova deyib.
Olimpiya çempionu bildirib ki, Avropa Oyunlarının ilk məşəlçisi olmaq həyatımın ən unudulmaz anıdır. Açığı, bu şərəfə layiq görüləcəyimi gözləmirdim. Bu xoşbəxtliyi mənə bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız da Bakı-2015-də sözlərini deyəcək və xalqımızı, artıq adət etdiyimiz kimi, qələbələrlə sevindirəcəklər.