Danimarkanı ilk Avropa Oyunlarının çimərlik yarışlarında təmsil edəcək qadınlardan ibarət cütlük müəyyənləşib

Danimarkanı ilk Avropa Oyunlarının çimərlik yarışlarında təmsil edəcək qadınlardan ibarət cütlük müəyyənləşib


Danimarka qadınların mübarizəsində də birincilik uğrunda yarışacaq. Belə ki, ölkə ilk Avropa Oyunlarına Trans Hansen - Helle Sondergard cütlüyünü yollayacaq.
Danimarka Voleybol Federasiyasının çimərlik voleybolu elitasının direktoru Lars Meylənd bildirib ki, Layn və Helli ölkə çempionatında, beynəlxalq və qitə kuboku yarışlarında sabit nəticələr göstərirlər: "Mən onların Avropa Oyunları kimi nəhəng turnirdə oyunlarını səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Danimarka Bakı-2015 ilk Avropa Oyunlarında çimərlik voleybolu yarışlarında kişilərin mübarizəsində Kildeqaard Andersen və Kristoffer Abell cütlüyü ilə təmsil olunacaq.