Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk Avropa Oyunlarına hazırlığı Sloveniyada davam etdirir. Baş məşqçi Bülənt Qarslıoğlunun yetirmələri hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçiriblər. Sloveniya millisi ilə qarşılaşan voleybolçularımız hər iki görüşdə - 3:2, 3:1 hesabı ilə qalib gəliblər. Hazırlıq prosesi çərçivəsində millimiz daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bu dəfə voleybolçularımızın rəqibi Avstriya yığması olacaq. Təlim-məşq toplanışına mayın 5-də yekun vurulacaq.