Serbiya Atıcılıq Federasiyasının idman direktoru Sreçko Pejoviç Bakı-2015 ilk Avropa Oyunlarında bu ölkəni atıcılıq üzrə yarışlarda təmsil edəcək idmançıların adlarını açıqlayıb. Onun sözlərinə görə, yarışlarda mübarizə aparacaq 12 idmançı artıq müəyyənləşib və yüksək nəticələr əldə etmək üçün Serbiya yığması hazırlıqları davam etdirir.
Beləliklə, Nemanja Mirosavljev, Milenko Sebiş, Milutin Stefanoviç, Stevan Pletikosiç, Andrea Arsoviç, İvana Maksimoviç, Zorana Arunoviç, Jasna Sekariç, Bobana Velickoviç, Damir Mikec, Dimitrije Grgiç və Andrija Zlatiç ilk Avropa Oyunlarında mübarizəyə qatılacaq. Komandanın mütəxəssisləri isə Sreçko Pejoviç, Draqan Doneviç və Jelena Arunoviç təyin olunub.