"Tour-d’Azerbaidjan-2015" davam edir

"Tour-d’Azerbaidjan-2015" davam edir


Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour-d’Azerbaidjan-2015" veloyürüşünün ikinci mərhələsinə Veloparkdan start verilib.
Velosipedçilər 187 kilometr məsafə qət etməklə mərhələni İsmayıllıda başa vuracaqlar.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Beş gün davam edəcək yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.
İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında ikinci yerdədir.