Birinci Avropa Oyunlarının məşəli bölgələrdə bayram əhval-ruhiyyəsi ilə qarşılanır

Birinci Avropa Oyunlarının məşəli bölgələrdə bayram əhval-ruhiyyəsi ilə qarşılanır

Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul etdi.
Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətirdilər.
Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verdi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salındı.

*   *   *
Bakı-2015 birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub. Bu münasibətlə keçirilən mərasimə qatılan minlərlə hacıqabullu estafet iştirakçılarını böyük sevinclə qarşılayıb.
Mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.
Birinci Avropa Oyunlarının rəmzi qapısında Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi Əli Rüstəmov məşəli qəbul etdikdən sonra yürüşə start verildi. On məşəlçi 3,9 kilometr məsafədə yürüşə başladı. İdmançılar Məhəmməd Əsədov, İsmət Qayıbov küçələri və Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, məşəli şəhərin mərkəzi meydanına gətirdilər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə qarşıladılar.
Karate-kobudo idman növü üzrə məşqçi-müəllim Elnur Şəfiyev meydanda quraşdırılmış səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verdi.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Hacıqabulda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salındı.

*   *   *
Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib. Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul etdi. Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə ümummilli liderin adını daşıyan meydana gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşıladılar. Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırdı. Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salındı.

*   *   *
Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib. Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb. Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul etdi. Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə ümummilli liderin adını daşıyan meydana gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşıladılar.
Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırdı. Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi. Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salındı.
  
*   *   *
Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da günün ikinci yarısında Sabirabada gətirilib. Şəhərin girişində məşəli minlərlə sakin böyük sevinclə qarşılayıb. Pankration Federasiyasının prezidenti, peşəkar idmançı Azad Əsgərov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
3,9 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edərək birinci Avropa Oyunlarının alovunu Heydər Əliyev meydanına gətirdilər. Pəhləvan Amid Babayev Heydər Əliyev meydanında qurulmuş səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra məktəbli Nərgiz Əsgərova Avropa Oyunlarının rəmzi çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayondakı Heydər Əliyev Mərkəzinə təhvil verdi. Mərasimdə rayonun musiqi kollektivlərinin, respublikanın tanınmış incəsənət ustalarının çıxışları meydana toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı. Səhnədə nümayiş etdirilən Alov şousu festival iştirakçılarında xoş ovqat yaratdı. Festivalda aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

*   *   *
Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul etdi. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırıldı. Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi. Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salındı.