Portuqaliyalı velosipedçi Xorxe Kritovao Lissabondan Bakıya velosipedlə etdiyi səfərin 30-cu günündə Yunanıstanın Saloniki şəhərindəki Olimpiya muzeyində olub. Velosipedçi muzeyin direktoru Kiriaki Ouratzi ilə görüşüb, ona birinci Avropa Oyunlarının bayrağını və Bakı-2015 Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubunu təqdim edib.
Portuqaliyalı velosipedçi aprelin 10-da Lissabondan başladığı səfərini iyunun 10-da Bakıda başa çatdıracaq.