“Vətənimizdə mübarizə aparacağım üçün fəxr edirəm”

“Vətənimizdə mübarizə aparacağım üçün fəxr edirəm”


"Bakı-2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq ən gənc idmançılardan biriyəm. Mənim belə mötəbər yarışlarda iştirak etmək təcrübəm yoxdur. Bu amil bəzən məni narahat edir. Lakin, eyni zamanda, bu, məni turnirdə uğurla çıxış etməyə ruhlandırır”.
Bu sözləri azərbaycanlı kamandan oxatma idmançısı Suğra Müqabilzadə Bakı-2015-ə hazırlıqları barədə danışarkən deyib.
Nankin-2014 Yeniyetmələrin Olimpiadasında Azərbaycanı təmsil edən, Bakıda keçirilmiş federasiyalar kuboku yarışlarında üçüncü yeri tutan, Bakı-2015-in 16 yaşlı idman elçisi ilk Avropa Oyunlarında mübarizə aparacağı üçün fəxr etdiyini bildirərək deyib: "Bu cür irimiqyaslı turnirin mənim Vətənimdə gerçəkləşməsi möhtəşəmdir. Bu, həqiqətən məni həyəcanlandırır. Bu, bir şərəfdir və mənə qürur hissi verir”.
Bakı-2015-in kamandan oxatma yarışları iyunun 16-dan başlayaraq bir həftə ərzində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Kamandan oxatma üzrə kişilərin, qadınların və qarışıq komandaların yarışlarında 128 idmançı 5 medal dəsti uğrunda mübarizə aparacaq.