Avstriya Milli Olimpiya Komitəsi Bakı-2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib. Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.
Avstraliyalı idmançılar Bakı-2015-də badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.