Voleybol yarışlarının təqvimi açıqlanıb

Voleybol yarışlarının təqvimi açıqlanıb


Azərbaycan komandalarının Avropa Oyunlarının qrup mərhələsində keçirəcəkləri oyunların təqvimi:
Avropa Oyunlarının proqramına daxil olunan voleybol yarışlarında qrup mərhələsinin oyunlarının vaxtı açıqlanıb. Voleybol üzrə Azərbaycan milli komandalarının da yer aldığı yarışlarda qadınların mübarizəsi iyunun 13-də, kişilərin mübarizəsi isə ertəsi gün start götürəcək. Hər qrupda altı yığmanın iştirak edəcəyi mərhələ yarışları iyunun 21 və 22-də yekunlaşacaq. Hər qrupda ilk dörd yeri tutan komandalar pley-off mərhələsində yarışacaqlar.

Qadınlar
13 iyun
16:30 Azərbaycan-Rumıniya
15 iyun
22:00 Azərbaycan-Polşa
17 iyun
16:30 Azərbaycan-İtaliya
19 iyun
20:00 Azərbaycan-Belçika
21 iyun
20:00 Azərbaycan-Türkiyə

Kişilər
14 iyun
16:30 Azərbaycan-Finlandiya
16 iyun
22:00 Azərbaycan-Serbiya
18 iyun
16:30 Azərbaycan-Fransa
20 iyun
22:00 Azərbaycan-Polşa
22 iyun
20:00 Azərbaycan-Türkiyə