Bakıda birinci Avropa Oyunlarında 1,5 min rusiyalı könüllü işləyəcək. TASS xəbər verir ki, bu barədə agentliyə Bakı-2015 birinci Avropa Oyunlarının təşkilat komitəsindən məlumat veriblər.
Təşkilat komitəsinin nümayəndəsi Gülnaz Quliyeva TASS-a müsahibəsində deyib: "Biz könüllüləri alovu qoruyanlar adlandırırıq. 1503 alovu qoruyan Rusiyanı təmsil edir. Rusiya iştirakçılarının sayına görə yalnız Azərbaycandan geri qalır”.
Bakı Oyunlarında cəmi 12500 könüllü işləyəcək. Azərbaycanlılar və rusiyalılar ilə bərabər, Böyük Britaniya, İtaliya, Gürcüstan və bir sıra digər ölkələrin vətəndaşları da Avropa Oyunlarında könüllü olacaqlar”.
TASS G.Quliyevanın bu sözlərini sitat gətirib: "Alovqoruyanlar birinci Avropa Oyunlarının təşkilində əsas rol oynayacaqlar. Vaxtlarını Bakıdakı Oyunların dəstəklənməsinə sərf etdiklərinə görə biz onlara çox minnətdarıq”.